Rusiya millisinin futbolçusu: İntuisiyam mənə deyir ki...
09.10.2013 - 10:19
Rusiya millisinin futbolçusu: İntuisiyam mənə deyir ki...
“Karyeram ərzində rəhbərliyi altında oynadığım ən emosional, qəzəblənməsi qorxunc olan məşqçilər Yuri Syomin və Fabio Kapellodur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin futbolçusu Denis Qluşakov deyib.

Moskva “Spartak”ının yarımmüdafiəçisi hazırda Azərbaycanda çalışan “Qəbələ”nin rusiyalı baş məşqçisi Yuri Syominlə millisinin italiyalı çalışdırıcısı Fabio Kapellonu müqayisə etməkdə çətinlik çəkib: “Düzdür, onları müqayisə etmək çətindir. Hərəsi öz emosiyalarını bir cür nümayiş etdirir”.

DÇ-2014-ün seçmə mərhələsinin son oyunlarına dəvət alan Denis oktyabrın 11-də Lüksemburq, 15-də Azərbaycanla baş tutacaq səfər oyunları haqda fikirlərini bildirib: “Seçmə mərhələnin yer aldığımız qrupunda 1-ci pillədə qərarlaşmışıq. İntuisiyam mənə deyir ki, yerdə qalan 2 oyunumuza Lüksemburq və Azərbaycana qalib gələcəyik”.

Qeyd edək ki, Rusiya yığması son 2 oyun ərəfəsində Avropa zonasının F qrupunda 1-ci pillədə qərarlaşıb.
0