“Azərbaycanda filə, camışa oxşamağın fərqi yoxdur”
09.10.2013 - 11:00
“Azərbaycanda filə, camışa oxşamağın fərqi yoxdur”
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də keçiriləcək Rusiya - Azərbaycan oyununa 6 gün qalsa da, şimal qonşularımız Bakıdakı matçın həyəcanı ilə yaşayırlar. Apasport.az saytının məlumatına görə, Rusiya mətbuatı oktyabrın 11-də Lüksemburqda, 4 gün sonra isə ölkəmizdə baş tutacaq qarşılaşmalarda 2 qələbə qazanmalı olan millilərini mundialda görmək istəyir.

Həmkarlarımız bunun üçün hər şeyə razıdır. Hətta öz komandalarını müxtəlif heyvanlara da bənzətməkdən çəkinmirlər. “Championat.com”un əməkdaşı isə qələbə qazanmaq üçün fil, camış obrazına girməyi də məqbul sayır: “Şübhəsiz ki, Azərbaycan və Lüksemburqu qiymətləndirməmək olmaz. Xüsusilə, indiki lüksemburqlular, həmişə olduğu kimi deyil. Onlar Azərbaycanla hər 2 oyunda da heç-heçə edib. Kozma Prutkovun dili ilə desək, Lüksemburq və Azərbaycanla oyunlarda filə, camışa oxşamağın fərqi yoxdur. Əsas odur ki, 2007-ci ilin payızında İsraildə uduzandan sonra üzləşdiyimiz axmaq vəziyyətdə düşməyək. Ona görə də Fabio Kapello indiki durumda mundiala birbaşa vəsiqə qazanmağı axmaqlıq saymaqda haqlıdır”.

Qeyd edək ki, Prutkov Rusiya ədəbiyyatında bir sıra məşhur şəxslərin istifadə etdiyi eyni təxəllüsdür.
0