Rəşad Sadıqov: Rusiya üçün Bakıdakı oyun ölüm-dirim məsələsidi
09.10.2013 - 23:02
Rəşad Sadıqov: Rusiya üçün Bakıdakı oyun ölüm-dirim məsələsidi
“Qarşıda bizi iki ev oyunu gözləyir. Fərqli rəqiblərdi, işimiz asan deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında millimizin kapitanı Rəşad Sadıqov deyib.

Komandamız DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Şimali İrlandiya, 4 gün sonra isə Rusiya yığmasını qəbul edəcək. Sadıqov hər iki matçda yalnız qələbəyə oynayacaqlarını açıqlayıb: “Futbol ictimaiyyəti, azarkeşlərimiz Şimali İrlandiya ilə görüşdə bizdən yalnız qələbə gözləyirlər. Bu üzdən üzərimizdə təzyiq və məsuliyyət var. Rusiya isə mundiala vəsiqə qazanmaq üçün oynayır. Rəqib üçün Bakıdakı matç ölüm-dirim məsələsidir. İrlandlara səfərdə məğlub olmamışıq (1:1). Ruslara qarşı da ciddi müqavimət göstərdik (0:1). Düşünürəm ki, Bakıda daha uğurlu nəticə qazanmaq olar. İtiriləsi heç nəyimiz yoxdur. Əlimizdən gələni edib həm azarkeşlərimizi sevindirməli, həm də sonuncu pillədən qurtulmalıyıq”.
0