“Azərbaycan üzərində qələbə bu tarixi zəfərimizdə həlledici rol oynadı”
10.10.2013 - 10:10
“Azərbaycan üzərində qələbə bu tarixi zəfərimizdə həlledici rol oynadı”
“Həmin vaxt Azərbaycanı məğlub etmək çox vacib idi. Əldə etdiyimiz qələbə İngiltərə ilə görüş ərəfəsində bizə əlavə stimul verdi”. Bu sözləri Şimali İrlandiya yığmasının sabiq futbolçusu Stüart Elliot deyib.

Sabah DÇ-2014-ün seçmə mərhələsində millimizin qonağı olacaq Şimali İrlandiya ilə yolumuz daha öncədə kəsişib.

Bu, 2010-cu il dünya çempionatının seçmə mərhələsində olub. Braziliyalı Karlos Alberto Torresin baş məşqçisi olduğu komandamız rəqibi ilə Bakıda qolsuz bərabərliyə qalmışdı. Bundan 1 il sonra Vaqif Sadıqovun çalışdırdığı yığma səfərdə 0:2 hesabı ilə yenilmişdi. Həmin seçmə mərhələdə çox yaxşı edən Şimali İrlandiya qrupumuzda rəqib olan İngiltərə üzərində tarixi qələbə qazanmışdı. Özü də bu, millimizə qalib gəldikləri oyundan 4 gün sonra – 2005-ci ilin sentyabrın 7-də reallaşmışdı.

3 sentyabr 2010-cu il tarixində Belfastda yığmamızı 2 cavabsız qolla məğlub edən meydan sahiblərinin heyətində hesabı məhz Elliot açmışdı. Son nöqtənin isə Uorren Fini qoymuşdu. Stüart Britaniya mətbuatına müsahibəsində həmin matçla bağlı xatirələrini bölüşüb: “İngiltərəyə qalib gəlmək çox xoş idi. Özümüzü rahat hiss edirdik, üzərimizdə heç bir təzyiq yoxuydu. Bacarığımızı ortaya qoyub, arzumuzu gerçəkləşdirdik. Ancaq Azərbaycan üzərində qələbə bu tarixi zəfərimizdə həlledici rol oynadı. Çünki həmin qalibiyyət bizdə özünəinam hissi yaratdı”.
0