Yeni rekordun astanasında
10.10.2013 - 13:30
Yeni rekordun astanasında
2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində sabah növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi Bakıda Şimali İrlandiyanı qəbul edəcək.

Braziliyada təşkil olunacaq mundialın seçmə mərhələsində Avropa zonası üzrə F qrupunda çıxış edən komandamız ilk qələbəsini qazanmağa çalışacaq. “Bakcell Arena”dakı görüşə qədər hesabında 5 heç-heçə olan yığmamız ilk qələbəni əldə etməklə 4-cü pilləyədək irəliləyə bilər. Sonuncu olmamaq uğrunda əsas rəqiblərimizdən birini məğlub etdiyimiz gün Rusiyanın Lüksemburqu xalsız qoyacağı gözlənilir. Bu da 2 addım irəliləmək üçün yetərlidir.

Millimizin qələbəsi azarkeşlərin komandadan gözlədiyi 2 rekorddan birini rəsmiləşdirəcək. Belə ki, tarixi ərzində ən yaxşı halda seçmə mərhələdə 7 xal qazanan yığmamız “Bakcell Arena”dakı uğuru ilə hesabını 8 xala çatdıra bilər. Bu isə futbol tariximizdə yeni rekord olacaq.

Böyük Britaniya təmsilçisi ilə görüşdə əldə olunacaq bu uğur komandamızı daha bir rekorda yaxınlaşdıracaq. Belə ki, millimiz mərhələni də 4-cü pillədə bitirə bilər. Lakin bu, yalnız son turda rəsmiləşəcək. Rusiya ilə qarşılaşmaya qədər 4-cü pillədə qalacaq komandamızın son oyun günündən sonra da rekord mövqeyində qərarlaşması mümkündür.

Lakin bunun üçün zəruri olan ilk addım sabah atılmalıdır. Belfastda rəqibi ilə qarşılaşmada qələbəni son anda əldən verən Foqtsun yetirmələri Şimali İrlandiyanı bu dəfə xalsız qoymalıdır. Müqaviləsi bu ilin sonunda başa çatan almaniyalı mütəxəssis üçün də bu rekordlar əhəmiyyət kəsb edir. Böyük ehtimalla, ölkəmizi tərk edəcək Foqts yığmadan 2 rekordla ayrıla bilər.

Yenə heç-heçənin qeydə alınacağı halda isə millimiz sonuncu olmaq, seçmə mərhələni qələbəsiz başa vurmaq təhlükəsi ilə üz-üzə qalacaq. Çünki 4 gündən sonra Rusiyanı qəbul edəcək yığmamız üçün 1-ci yer uğrunda mübarizə aparan rəqiblə matçda heç də asan olmayacaq. Düzdür, həmin görüşdə də qalib gəlmək mümkündür. Lakin 4-cü yer uğrunda mübarizədə əsas rəqibi udmaq daha dəyərlidir.

Seçmə mərhələdə yalnız ilk yerin sahiblərinə - 1 dəfə Rusiya, 2 dəfə Portuqaliyaya uduzan yığmamızın daha zəif rəqiblə matçda xalsız qalması isə 4-cü yer ümidlərinin üstündən xətt çəkəcək. Belə olacağı halda, komandamızı Foqtsun rəhbərliyi altında ilk dəfə qrup sonunculuğu ilə barışmağa yaxınlaşacaq və ümidi Rusiyanı büdrətmək olacaq.

21:00. Azərbaycan - Şimali İrlandiya
Baş hakim: Andrea De Marko
Baş hakimin köməkçiləri: Rikardo Di Fiore, Alessandro Qiallatini
Dördüncü hakim: Mauro Berqonzi (hamısı İtaliya)
Hakim-inspektor: Adrian Kaşa (Malta)
Komissar: Kuaniş Kanapyanov (Qazaxıstan)
Bakı. “Bakcell Arena” stadionu

1
Rusiya
8
6
0
2
15-4
18
2
Portuqaliya
8
5
2
1
16-8
17
3
İsrail
8
3
3
2
17-12
12
4
Şimali İrlandiya
8
1
3
4
8-14
6
5
Lüksemburq
8
1
3
4
7-19
6
6
Azərbaycan 
8
0
3
4-10
5
0