70 xallıq uduş
12.10.2013 - 16:34
70 xallıq uduş
DÇ-2014-ün seçmə mərhələsinin Şimali İrlandiya ilə oyunundakı 2:0 hesablı qələbə Azərbaycan yığmasının FİFA reytinqinə müsbət təsir edib. Apasport.az saytının məlumatına görə, bu nəticə təklikdə 855 xalla ölçülüb.

Bununla da son reytinqdə 315 xalla planetin 107-cisi olan komandamız 4 ildəki nəticələrinin ümumi hesabını 385-ə çatdırıb. 2 qolun gətirdiyi qələbə əmsalımıza 70 xal əlavə edib.
0