Süleymanov millinin hədəfini açıqladı
14.10.2013 - 08:37
Süleymanov millinin hədəfini açıqladı
“Qarşımıza hər nə olursa olsun hansı konkret yeri tutmaq vəzifəsi qoyulmayıb. Hədəflərimizin yaxşı oyun nümayiş etdirmək, FİFA və UEFA reytinqinə daha çox xal yığmaqdan ibarət olduğunu deyə bilərəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının məşqçisi Nazim Süleymanov deyib.

Berti Foqtsun köməkçisi DÇ-2014-ün seçmə mərhələsinin Rusiya ilə son oyunu ərəfəsində şimallı həmkarlarımıza açıqlama verib: “Reytinq siyahılarında mövqeyimiz yaxşılaşdırmağı çox istəyirik. İnanın ki, Azərbaycan yığması istənilən matçda qalib gəlmək üçün maksimum güc qoyur. Əgər futbolçuların motivasiyası və istəyi yoxdursa, meydana çıxmağın nə mənası var? O ayrı məsələ ki, heç də həmişə uğurlu alınmır. Bizim futbol inkişaf edir. Təsadüfi deyil ki, ötən il “Neftçi” Avropa Liqasının qrup mərhələsində oynadı. Başa çatmaq üzrə olan seçmə mərhələdə yığmamız artıq 8 xal toplayıb. Əvvəllər heç vaxt belə nəticəyə nail olmamışıq. Amma hələ ehtiyatda Rusiya ilə 1 oyunumuz da var”.

Qeyd edək ki, Azərbaycan – Rusiya oyunu oktyabrın 15-də keçiriləcək.
0