Liderlərin görüşündə yığmamız məğlub oldu - YENİLƏNİB
15.10.2013 - 16:48
Liderlərin görüşündə yığmamız məğlub oldu - YENİLƏNİB

Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, 8-ci qrupda mübarizə aparan Azərbaycan yığması Portuqaliya ilə görüşüb.

Norveçdəki 3:1 hesablı səfər qələbəsindən sonra 2-ci pilləyə yüksələn Bernard Lippertin yetirmələri lideri “Bayıl Arena”da məğlub edəcəkləri halda millimizi zirvəyə yüksələcəkdi.

Gəl ki, seçmə mərhələdəki ilk ev oyununda Makedoniya ilə qolsuz heç-heçə edən, ardıcıl 2 səfər matçından sonra doğma publika önünə çıxan yığmamız Portuqaliya ilə bacarmayb. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, günün digər oyununda Norveç İsraili qəbul edəcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Avro-2015-in seçmə oyunu
8-ci qrup
15 oktyabr

Azərbaycan – Portuqaliya - 0:2
QOLLAR: Rafael Silva, 53; İvan Kavalyero, 64
Hakimlər: Anti Munukka, Matti Heyninen, Jan-Peter Aravirta, Mattias Gestranius (Finlandiya).
Bakı. “Bayıl arena” stadionu
 

1
Portuqaliya
3
3
0
0
10-1
9
2
Azərbaycan
4
1
1
2
5-10
4
3
İsrail
2
1
0
1
7-5
3
4
Norveç
3
1
0
2
4-9
3
5
Makedoniya
2
0
1
1
1-2
1
0