Pley-off oyunlarının püşkü oktyabrın 21-də atılacaq
16.10.2013 - 09:31
Pley-off oyunlarının püşkü oktyabrın 21-də atılacaq
2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinə Avropa zonasından qatılmaq istəyən 8 komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bunlar Xorvatiya, İsveç, Rumıniya, İslandiya, Portuqaliya, Yunanıstan, Ukrayna və Fransa milliləridir.

Qrup ikincilərindən yalnız Danimarka kənarda qalıb. Buna səbəb danimarkalıların yer aldıqları B qrupunda hamıdan az – 16 xal toplamasıdır.

Artıq indidən adıçəkilən 8 komandanın püşkatma zamanı hansı səbətdə yer alacağı bilinir. Belə ki, sabah FİFA-nın reytinq cədvəli açıqlanacaq. Ancaq həmin hesablamaları aparıb topladıqları xallara əsasən kimlərin “səpələnmişlər”, kimlərinsə “səpələnməmişlər” səbətində qərarlaşacağını bilmək mümkündür.

Səpələnmişlər: Portuqaliya (1036 xal), Yunanıstan (983), Xorvatiya (901), Ukrayna (871)
Spələnməmişlər: Fransa (867), İsveç (849), Rumıniya (767), İslandiya (634)

Qeyd edək ki, püşkatma mərasimi oktyabrın 21-də keçiriləcək. Pley-off oyunları isə noyabrın 15-i və 19-da baş tutacaq.
0