Azərbaycan yığması Ukraynada diqqət mərkəzinə düşdü
19.10.2013 - 14:37
Azərbaycan yığması Ukraynada diqqət mərkəzinə düşdü
Ukraynada son 1 həftə ərzində internet oxucularının ən çox marağına səbəb olan 10 hadisə açıqlanıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 11-dən 14-dək olan müddətdə ukraynalıları maraqlandıran 10 olaydan 5-i futbolla bağlı olub.

Bu futbol hadisələri arasında isə Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsindəki son oyunu da yer alıb. Belə ki, oktyabrın 15-də Bakıda Rusiyaya qarşı keçirilən görüş siyahıda 9-cu olub.
0