Moldova yığmasında 620, Azərbaycan millisində 10 min avro
29.10.2013 - 11:11
Moldova yığmasında 620, Azərbaycan millisində 10 min avro
Moldovalı atlet Kristina Yovu Azərbaycana gəlişindən sonra ölkəmiz haqda təəssüratlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, az öncə başa çatan dünya çempionatında 53 kq çəki dərəcəsində mübarizə aparıb, 3 gümüş medal qazanan milliləşdirilmiş idmançı yığmamızı seçməsindən peşman olmadığını bildirib.

Belə ki, Kristina macarıstanlı həmkarlarımıza bildirib ki, artıq uyğunlaşma prosesi arxada qalıb: “Mən artıq Bakıya öyrəşmişəm. Burada yeni dostlar da tapmışam. Özümü Azərbaycanda çox yaxşı hiss edirəm”.

Yovu ölkəmizdə yalnız ailəsi üçün darıxdığını deyib: “Ailəm üçün çox darıxmışam. Çünki anamla qardaşımı evimizdə qoyub gəlmişəm”.

Yazı müəllifi maraqlı bir fakt da açıqlayıb. Həmkarımızın yazdığına görə, ölkəsinin millisində 620 avroya çıxış edən moldovalı Azərbaycanda ayına 10 min avro qazanır.

Qeyd edək ki, London Olimpiadasının bürünc mükafatçısı öncə Azərbaycana təlim-məşq toplanışına gəlmiş, ardınca yığmamızda çıxışa razı olmuşdu.
0