Millinin baş məşqçisi ilə müqavilə uzadılır
04.11.2013 - 16:35
Millinin baş məşqçisi ilə müqavilə uzadılır
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Şimali İrlandiya yığmasını növbəti tsikldə kimin çalışdıracağına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, böyük britaniyalılar Maykl O’Nillə müqaviləni uzatmağa qərar verib.

Bununla bağlı tərəflər arasında razılıq əldə olunub və yazın günlərdə rəsmi imzalama mərasimi olacaq. Anlaşmaya əsasən son seçmə mərhələdə millinin “sükanı arxası”nda olan 44 yaşlı mütəxəssis Avro-2016-nın seçmə oyunları bitənədək postunda qalacaq.

Qeyd edək ki, Şimali İrlandiya yığması DÇ-2014-ün seçmə mərhələsində 5-ci yeri tutub. Ada təmsilçisi öz meydanında Azərbaycanla 1:1 edib və Bakıdan 0:2 hesablı məğlubiyyətlə qayıdıb.
0