400 min avro hanı?
06.11.2013 - 12:00
400 min avro hanı?
Bolqarıstan Ağır Atletika Federasiyasında Azərbaycanla bağlı qalmaqal yenidən gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, federasiya prezidenti Nedelço Kolev idmançıların yığmamıza transferindən əldə olunan 400 min avronun kimə və necə çatdığını hələ də müəyyənləşdirə bilmir.

O bildirib ki, Azərbaycan Ağır Atletika Federasiyası pulu ödəsə də, qurumun sabiq prezidenti onu hara xərclədiyini açıqlamır: “İdman naziri mənə 400 min avronu necə xərcləməklə bağlı məsləhətlər görür. Bu pul Boyanka Kostova və Valentin Xristovun Azərbaycana verilməsindən əldə olunub. Həmin məbləğlə heç kim möcüzə edə bilməz. Məndən əvvəl federasiyaya rəhbərlik edən Anton Kodjabaşev həmin pulların ağır atletikaya xərclədiyini iddia edir. Lakin bunun haraya sərf etdiyi ilə bağlı heç bir sənəd yoxdur. Bilmirəm ki, Kodjabaşev özü bunu niyə demir. Bu dövlətin deyil, federasiyanın puludur və özümüz də xərcləməliyik”.

Qeyd edək ki, bu idmançılardan Kostova artıq Azərbaycan millisindən imtina edib.
0