Paralimpiyaçımızın ömürlük cəzası ləğv edildi
09.11.2013 - 14:35
Paralimpiyaçımızın ömürlük cəzası ləğv edildi
Azərbaycanlı paralimpiyaçı Gündüz İsmayılova qarşı dopinq ittihamı ilə qoyulan ömürlük qadağa ləğv olunub. Apasport.az BBC azərbaycancaya istinadən xəbər verir ki, pauerliftinq idman növü üzrə idmançı Beynəlxalq Paralimpiya Komitəsinə (BPK) sübut edib ki, 2004-cü il Paralimpiya oyunları zamanı bədənində aşkar olunan qeyri-qanuni maddə onun orqanizminə keçmiş rəfiqəsi tərəfindən qatılıb.

BPK-nin məlumata görə, sözügedən qadın həmçinin Afinada keçirilən oyunlarda paralimpiyaçı olub. O, Bakı məhkəməsində boynuna alıb ki, 2003-cü ildə cütlük ayrılandan sonra onu "cəzalandırmaq üçün" cənab İsmayılovun içkisinə anabolik steroid qatıb.

İsmayılov bundan əvvəl 2000-ci il Sidney oyunlarında dopinqə görə iki illik qadağa çəkdiyinə üçün, ikinci hala görə ömürlük qadağa cəzası almışdı.

"İkinci pozuntu atletin öz günahı deyil, təxribat nəticəsində baş verib", BPK-nin Anti-Dopinq Komitəsinin sədri Toni Pascual deyib, və bu halın "çox unikal" olduğunu əlavə edib.

BPK-nin siyasətinə görə, ömürlük qadağanın qaldırılması üçün İsmayılov testlərdən keçməlidir və yarışlarda yenidən iştirak etmək üçün, üç ay yarışdan kənar testləri verməlidir (lent.az).
0