Mundialın 24-cü iştirakçısı
18.11.2013 - 09:01
Mundialın 24-cü iştirakçısı
Gələn il Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanan daha bir komanda məlum olub. Apasport.az saytının məlumatına görə, Kamerun yığması mundiala yollanmaq hüququ əldə edən 24-cü xoşbəxt olub.

Onlar bunu Afrika zonasının 3-cü seçmə mərhələsində rəsmiləşdirib. Səfərdə Tunislə qolsuz heç-heçə etmiş kamerunlular öz meydanında 4:1 hesabı ilə qalib gələrək Braziliyaya yollanana 3-cü Afrika təmsilçisi adını qazanıb.

Qeyd edək ki, bunadək mundialın 23 iştirakçısı məlumdur. Meydan sahibi Braziliyadan başqa, Şimali və Mərkəzi Amerika, Karib dənizi hövzəsindən ABŞ, Kosta-Rika, Honduras, Asiyadan İran, Cənubi Koreya, Yaponiya, Avstraliya, Cənubi Amerikadan Argentina, Kolumbiya. Çili, Ekvador, Avropadan Belçika, İtaliya, Almaniya, Hollandiya, İsveçrə, Rusiya, Bosniya və Hersoqovina, İngiltərə, İspaniya, Afrikadan isə Nigeriya ilə Fil Dişi Sahili yığmaları DÇ-2014-ə vəsiqə qazanıb.
0