“Bunun nəticəsini Azərbaycanla oyunda gördük”
21.11.2013 - 09:21
“Bunun nəticəsini Azərbaycanla oyunda gördük”
“Rusiya yığmasının Şimali İrlandiyaya məğlubiyyəti konsentrasiyanın itməsi ilə bağlıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin sabiq kapitanı Viktor Onopko deyib.

Futbol veteranı şimallıların DÇ-2014-ün seçmə mərhələsindəki çıxışlarını dəyərləndirib. Onopko Rusiya yığmasının oktyabrın 15-də Bakıda Azərbaycanla keçirdiyi qarşılaşmadan (1:1) da danışıb: “Baş məşqçi Fabio Kapello da elə ilk gündən belə şeylərlə mübarizə aparır. Belə silkələnmə komandanın xeyrinə oldu. Bunun nəticəsini İsrail və Azərbaycanla qarşılaşmalarda gördük. Həmin oyunlarda Braziliyaya vəsiqənin taleyi həll olunurdu. Rusiya millisinin Portuqaliya yığması ilə ev oyunu final mərhələsinin iştirakçısına xas idi. Elə Bakıdakı oyun da xoş təsir bağışladı. Azərbaycanla həmin qarşılaşmada millimiz nəticəyə oynayırdı. Buna görə də hər şey quru və praqmatik alındı”.
0