Azərbaycan millisinin idmançısı Bolqarıstan yığmasında məşqçi ola bilər
26.11.2013 - 10:17
Azərbaycan millisinin idmançısı Bolqarıstan yığmasında məşqçi ola bilər
Azərbaycan millisinin ağırlıqqaldıranı Veliçko Çolakov Bolqarıstan yığmasına qayıdır. Apasport.az saytının məlumatına görə, ötən ay idmançı karyerasını rəsmən bitirən Afina-2004-ün bürünc mükafatçısı millisində məşqçi işləyə bilər.

Bu təkliflə Bolqarıstan yığmasının baş məşqçisi İvan İvanov çıxış edib. O bildirib ki, Çolakovun təcrübəsi yüksəkdir və gənc istedadlara yetişməsində öz töhfəsini verə bilər.

Qeyd edək ki, müəyyən müddətdir “Rodopi” klubunda məşqçiliyə başlayan Veliçkonun Azərbaycan millisinə heç bir xeyri dəyməyib.
0