II Beynəlxalq Bakı Kubokunun ilk qalibləri bəlli oldu
06.12.2013 - 17:54
II Beynəlxalq Bakı Kubokunun ilk qalibləri bəlli oldu
Azərbaycanda keçirilən Beynəlxalq Ağır Atletika Federasiyasının “IWF Qran-Prix – II Beynəlxalq Bakı Kuboku”nda ilk mükafatların sahibləri məlum olub. Apasport.az saytının məlumatına görə, dekabrın 5-də start götürən yarışın ilk medalçılar qadınların 53 kq çəki dərəcəsində müəyyənləşib.

İki hərəkətin cəminə əsasən yarışın qızıl və gümüş medalını Azərbaycan təmsilçiləri qazanıb. Kristina Yovu 208 kq (95+113), Yuliya Derkaç 192 kq (85+107) çəkinin öhdəsindən gəlib. 3-cü yeri isə ukraynalı Yuliya Paratova 190 kq (88+102) tutub.

Yovu həm də ayrı-ayrı növlərdə - birdənqaldırmada və təkanlaqaldırma 1-ci olub. Paratova da 2 kiçik bürünc qazanıb. Derkaç isə yalnız 3-ci hərəkətdə gümüş əldə edib. Çünki çinli Fengiao Mo 88 kq çəkini qaldırmaqla birdənqalıdırmada 2-ci olub.

Qeyd edək ki, bu gün daha bir çəki dərəcəsində mükafatçılar müəyyənləşəcək.
0