Yığmamızın sabiq baş məşqçisi Azərbaycanı yada saldı - FOTO
07.01.2014 - 10:36
Yığmamızın sabiq baş məşqçisi Azərbaycanı yada saldı - FOTO

“Mən 2 il Azərbaycanda oldum. Orada dünya və Avropa çempionatında bir neçə medalın qazanılmasına nail oldum”. Apasport.az saytının məlumatına görə, bunu ağırlıqqaldırma üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Yanko Rusev deyib.

Olimpiya çempionu Bolqarıstanda verdiyi müsahibəsində ölkəmizdəki gününü xatırlayıb. O bildirib ki, Azərbaycanda idmançılar üçün bütün şərait yaradılır və bu, dövlət siyasətidir: “Bakıda müxtəlif idman növlərində ən azı 120 bolqar vardı. Azərbaycanlılar varlıdırlar və bunun üçün də idmançıları ala bilirlər. Orada əmək haqqı da yüksəkdir. İdman isə dövlət siyasətidir”.

Rusev milliləşmə ilə bağlı da danışıb. Millimizdə işləyərkən bolqarların yığmamıza gəlişinə yol açan mütəxəssis bunun əleyhinə olduğunu deyib: “Bir idmançının başqa ölkənin şərəfini qorumasını ədalətli saymıram. Atleti mükafatalayiq səviyyəyə qədər yetişdirdikdən sonra o başqa bayraq altında çıxış edir. Məsələn, Stanka Zlateva çətin ki, Azərbaycanın uğurları üçün güləşsin”.

Qeyd edək ki, Rusev 2009-2011-ci illərdə millimizdə işləyib.

0