Kasparov daha Rusiya bayrağı altında olmayacaq
03.03.2014 - 22:21
Kasparov daha Rusiya bayrağı altında olmayacaq

 

 

Bakıda doğulan erməni əsilli şahmatçı və siyasətçi Harri Kasparov Xorvatiya pasportu alıb. Apasport.az saytının məlumatına görə, keçmiş dünya çempionunun Xorvatiyada daşınmaz əmlakı olduğundan, ona bu ölkənin vətəndaşlığının verilməsi barədə qərar çıxarılıb.

 

Xorvatiya hökuməti bununla bağlı hələ ötən həftə qərar çıxarsa da, bu barədə geniş ictimaiyyətə martın 3-də məlumat verilib. Kasparov özü “Fasebook”dakı səhifəsində məlumatı təsdiq edib. Bununla yanaşı o, Rusiya vətəndaşlığından imtina etmək niyyətində olmadığını da bildirib: “Vacibi odur ki, Xorvatiya qanunları ikili vətəndaşlığa icazə verir. Mənim üçün Rusiya vətəndaşlığından imtina etmək qəbuledilməzdir”.

 

Buna baxmayaraq, Xorvatiya vətəndaşlığı Kasparovun həyatında bəzi dəyişikliklərə səbəb olacaq: “Mən Rusiya bayrağı altında çıxış etmişəm və dörd dəfə Rusiyanı şahmat olimpiadasında qələbəyə aparmışam. Amma bu ilin avqustunda FİDE prezidenti postu uğrunda mübarizəni Xorvatiya bayrağı altında aparmalı olacağam”.

 

 

0