[b]Ukraynalı gimnast Azərbaycanı təmsil edəcək[/b]
04.03.2014 - 07:07
[b]Ukraynalı gimnast Azərbaycanı təmsil edəcək[/b]

Gimnastika üzrə Avropa çempionu Oleq Stepko bundan sonra Azərbaycanı təmsil edəcək.

Apasport.az saytının məlumatına görə, bu haqda Gimnastika üzrə Beynəlxalq Federasiya rəsmi xəbər yayıb.

 

Mənbə bildirib ki, fevralın 27-28-də İsveçrənin Lozanna şəhərində qurum toplantısı keçirilib. Orada bir idmançının başqa milli federasiyaya keçməsi haqda əsasnamə təsdiqlənib. Vətəndaşlığını 19 idmançı dəyişib.

 

Ukrayna millisindən yalnız bir idmançı komandasını dəyişib. Bu yığmaya keçən gimnast olmayıb.

 

19 yaşlı Oleq Stepko  Ukraynanın ən perspektivli idmançısı sayılırdı. O, 2013-cü ildə çubuqlar üzərində hərəkətdə Avropa çempionu olub.

 

Lent.az

0