"İqtisadçı" və "Lokomotiv" 1 pillə irəlilədi - YENİLƏNİB
12.03.2014 - 18:20
"İqtisadçı" və "Lokomotiv" 1 pillə irəlilədi - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, günün ilk görüşündə autsayderlər – “Telekom”la “Lokomotiv” üz-üzə gəlib.

 

İlk 2 dövrədə hərəyə bir dəfə qələbə qazanan klubların duelində bu dəfə “dəmiryolçular” güclü olub. Son oyunlarda stabil çıxış etməyən “Lokomotiv” gənclərdən qurulan “Telekom”a “quru hesab”la qalib gəlib.

 

Turun digər matçında isə “Azərreyl” “İqtisadçı”nı sınağa çəkib. Görüşün favoriti olan “tələbələr” aktivlərinə növbəti 3 xalı 3 setlə əlavə ediblər. Aleksandr Çervyakovun yetirmələri çox çalışsalar da, ilk 2 dövrədəki oyununu göstərə bilməyərək, hissəyə belə həsrət qalıblar.

 

Beləliklə, XII turdan sonra turnir cədvəlində 2 dəyişiklik qeydə alınıb. “İqtisadçı” yenidən ikinci pilləyə yüksəldiyi halda, “Lokomotiv” “Azərreyl”i arxada qoyub.   

 

XII tur

12 mart
 

“Azərreyl” – “İqtisadçı” - 0:3  (20:25; 21:25: 21:25)

İlk oyun: “Azərreyl” - “İqtisadçı” - 2:3 (24:26; 25:21; 25:23, 20:25, 14:16)
İkinci oyun: “İqtisadçı” – “Azərreyl” - 3:1 (25:21; 23:25; 25:21; 25:17)

 


“Telekom” – “Lokomotiv” - 0:3  (16:25; 11:25; 21:25)

İlk oyun: “Telekom” - “Lokomotiv” - 3:2 (21:25; 25:11; 19:25; 26:24; 15:13)
İkinci oyun: “Lokomotiv” – “Telekom” - 3:1  (29:27; 30:28; 23:25; 25:21)

 

1

Rabitə

10

9

1

28-5

817-645

27

2

İqtisadçı

12

8

4

28-20

1075-1011

24

3

Azəryol

11

9

2

28-18

1031-981

23

4

Lokomotiv

12

3

9

21-27

1015-1083

14

5

Azərreyl

12

3

9

18-30

1011-1091

12

6

Telekom

11

1

10

9-32

833-971

2

 

Qeyd edək ki, turun “Rabitə” – “Azəryol” matçı Bakıda olacaq Çempionlar Liqasının “Dördlər finalı” ilə bağlı aprelin 4-nə keçirilib.

 

0