Məmmədyarov yenə uduzdu
15.03.2014 - 15:54
Məmmədyarov yenə uduzdu

Dünya şahmat tacı uğrunda iddiaçıların turniri davam edir. Apasport.az saytının məlumatına görə, Xantı-Mansiyskdə keçirilən yarışın 3-cü oyun günündə həmyerlimiz Şəhriyar Məmmədyarov hindistanlı Vişvanatan Anadla üz-üzə gəlib.

 

İlk gündə Veselin Topalovla xalları yarı bölən, ardında erməni Levon Aronyana uduzan qrossmeysterimiz bu dəfə ağ fiqurlarla məğlub olub. Ardıcıl ikinci məğlubiyyət alan Məmmədyarov turnir cədvəlinin sonuncu pilləsində qalıb.

 

15 mart

III tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Vişvanatan Anand (Hindistan) - 0:1

 

 

0