Ağır atletikamızda qalmaqal – 5 idmançımız diskvalifikasiya olundu! - ŞOK
16.03.2014 - 15:52
Ağır atletikamızda qalmaqal – 5 idmançımız diskvalifikasiya olundu! - ŞOK

 

 

Azərbaycan ağır atletikasında növbəti ciddi qalmaqal yaşanır. Apasport.az saytının məlumatına görə, ötən ilin aprelində Avropa çempionatında çıxış edən 5 idmançımız Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən diskvalifikasiya olunub.

 

Xatırladaq ki, Avropa çempionatında Valentin Xristov (62 kq) və İntiqam Zairov (94 kq) qızıl medal, Sərdar Həsənov (69 kq) və Silviya Anqelova (48 kq) gümüş medal, Zülfüqar Süleymanov (62 kq) bürünc medal qazanıb. Beynəlxalq Atır Atletika Federasiyasının saytında qeyd olunur ki, onların hamısı medaldan məhrum ediliblər və diskvalifikasiya olunublar. Söhbətin idmançılarımızın dopinq analizlərinin müsbət nəticə verməsindən getdiyi istisna edilmir.

 

Çempionatda dördüncü yeri tutan Alyona Kirienko (69 kq) Azərbaycan yığmasının diskvalifikasiya olunmayan yeganə təmsilçisidir. Onu da qeyd edək ki, Azərbaycan idmançılarından əlavə Ermənistan, Gürcüstan, Rumıniya və Moldova idmançıları da diskvalifikasiya olunublar.

 

0