[b]Yığmamızın lideri Azərbaycan çempionatında sonuncu oldu[/b]
17.03.2014 - 10:34
[b]Yığmamızın lideri Azərbaycan çempionatında sonuncu oldu[/b]

Qadın şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 11 turdan 8 xal toplayan Xəyalə Abdulla ölkə çempionu adını qazanıb.

 

Növbəti 2 sırada ondan yarım xal az toplayan Gülnar Məmmədova və Aytən Əmrayeva qərarlaşıblar. Sonuncu əlavə göstəricilərə görə üçüncü yeri tutub.

 

Yığmamızın liderlərindən Nərgiz Umudova 5-ci (6 xal), Türkan Məmmədyarova 8-ci (5,5), Nərmin Kazımova 10-cu (4,5) yerdə qərarlaşıb.

 

Maraqlıdır ki, millimizin aparıcı siması, yarışın reytinq-favoriti Zeynəb Məmmədyarova sonuncu olub. O, 11 görüşdə cəmi 1 heç-heçə edib. Bu 0,5 xal da bacısı Türkanla görüşdə qeydə alınıb. 

0