Azərbaycan millisi dünya çempionatını da buraxa bilər
18.03.2014 - 16:32
Azərbaycan millisi dünya çempionatını da buraxa bilər

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Avropa çempionatının ardınca dünya çempionatına da buraxılmaya bilər. Bu barədə məlumatı apasport.az saytına millimizin sabiq baş məşqçisi Vahid Nəzərov verib.

 

Onun sözlərinə görə, dopinq qalmaqalı ucbatından Avropa çempionatına buraxılmayan ölkəmiz Qazaxıstanda Rio-de-Janeyro Olimpiadasına lisenziya xalı verəcək dünya çempionatından da kənar qala bilər: “Komandamız dağılır. Millini qalmaqal bitməmiş, yəni məsələ aydınlaşmamış yarışlara buraxmayacaqlar. Əgər noyabrda olacaq dünya çempionatına qədər hər şey dəqiqləşməsə, bu yarışdan da kənar qala bilərik”.

 

Qeyd edək ki, noyabrın Almatıda olacaq mundial noyabrın 4-dən 16-dək davam edəcək.

 

0