Növbəti heç-heçə - YENİLƏNİB
22.03.2014 - 19:32
Növbəti heç-heçə - YENİLƏNİB

Dünya şahmat tacı uğrunda iddiaçıların turnirində bu gün II dövrənin oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Xantı-Mansiyskdə təşkil olunan yarışın VIII oyun gündə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Veselin Topalovla qarşılaşıb.

İlk dörədə bolqarıstanlı rəqibi ilə heç-heçə edən həmyerlimiz bu dəfə qara fiqurlarla oynayıb və yenə 0,5 xalla kifayətlənib.

 

VIII turda yalnız Sergey Karyakin Pyotr Svidleri məğlub etdiyi halda, digər 2 görüşdə də “sülh” qeydə alınıb. 


 

22 mart

VIII tur

Vladimir Kramnik (Rusiya) - Dmitri Andreykin (Rusiya) - 0,5:0,5
Pyotr Svidler (Rusiya) - Sergey Karyakin (Rusiya) - 0:1
Veselin Topalov (Bolqarıstan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
Levon Aronyan (Ermənistan) - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5


Turnir cədvəli: Anand, Aronyan – 5 xal; Kramnik – 4,5; Svidler, Topalov, Məmmədyarov, Andreykin, Karyakin – 3,5.

0