“Ona ağ fiqurlarla qalib gəlmək çətin olur, qaldı ki qaralarla...”
25.03.2014 - 17:47
“Ona ağ fiqurlarla qalib gəlmək çətin olur, qaldı ki qaralarla...”

“Bu variantda gedişləri təkrar edib, heç-heçəyə razılaşmaq məntiqə uyğun idi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iddiaçıların turnirində hindistanlı Vişvanatan Anandla oyundan sonra deyib.

 

Qrossmeysterimiz Xantı-Mansiyskdə təşkil olunan yarışın X turunda sabiq dünya çempionu ilə xalları yarı bölüb. O bildirib ki, görüşdə rəqib məğlub olmaq istəməyəndə vəziyyət çətinləşir: “Əlbəttə, mən oyunu davam etdirməyə çalışırdım. Başa düşürsüz, rəqib uduzmaq istəməyəndə hətta ona ağ fiqurlarla qalib gəlmək çətin olur, qaldı ki qaralarla...”.

 

Qeyd edək ki, ilk dövrədə Ananda “ağlarla” uduzan Məmmədyarov bu dəfə qara fiqurlarla oynayıb.

0