Ağır Atletika Federasiyası: Araşdırma aparırırq
27.03.2014 - 12:16
Ağır Atletika Federasiyası:  Araşdırma aparırırq

“Dopinq qalmaqalı ilə bağlı hələ nəsə demək mümkün deyil. Çünki araşdırmalarımız davam edir”. Bunu apasport.az saytına Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov deyib.

 

Qurum rəsmisi 9 ağırlıqqaldıranımızın dopinqdə “ilişməsi” ilə bağlı hələ rəsmi açıqlama verilməsinin tez olduğunu bildirib. Əsgərov baş məşqçi Zlatan Vanevin komandada qalıb-qalmayacağı ilə bağlı heç nə deyə bilməyəcəyini vurğulayıb: “Biz hələ yoxlayırıq. Necə olub, harada olub. Vanevin də məsələsi barədə heç nə deyə bilmərəm. Hər şeyə rəsmi saytımız vasitəsilə aydınlıq gətirəcəyik”.

 

0