Məmmədyarovdan 50 faizlik nəticə
31.03.2014 - 08:36
Məmmədyarovdan 50 faizlik nəticə

Dünya şahmat tacı uğrunda iddiaçıların turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Xantı-Mansiyskdə təşkil olunan yarışın sonuncu - XIV turu formal xarakter daşıyıb.

 

Belə ki, bundan əvvəlki turda 1-ci yeri təmin edən hindistanlı Vişvanatan Anandın qələbəsindən sonra son matçlar əhəmiyyətini itirib. Bu üzdən də son 4 oyundan üçündə bərabərlik qeydə alınıb. Yalnız ikinci olmaq üçün döyüşən Sergey Karyakin rəqibini məğlub edib.

 

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov son turda ağ fiqurlarla Vladimir Kramniklə heç-heçə edib. 14 turluq marafonu 7 xalla tamamlayan idmançımız 50 faizlik nəticə ilə 3-cü yerə şərik olub.

 

30 mart
XIV tur

Levon Aronyan (Ermənistan) - Sergey Karyakin (Rusiya) – 0:1

Vişvanatan Anand (Hindistan) - Pyotr Svidler (Rusiya) – 0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Vladimir Kramnik (Rusiya) – 0,5:0,5

Veselin Topalov (Bolqarıstan) - Dmitri Andreykin (Rusiya) – 0,5:0,5

 

Turnir cədvəli: Anand – 8,5 xal; , Karyakin – 7,5; Məmmədyarov, Andreykin, Kramnik – 7; Aronyan, Svidler – 6,5; Topalov – 6.

 

0