Bakıda lisenziya yarışı
09.04.2014 - 13:25
Bakıda lisenziya yarışı

Bakıda atletika üzrə beynəlxalq yarış keçiriləcək. Apasport.az saytının məlumatına görə, Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turniri ölkəmizdə təşkil olunacaq.

 

Belə ki, Beynəlxalq Atletika Federasiyasına (İAAF) daxil 50 ölkənin iştirak hüququ olan yarış mayın 30-da başlayacaq. 3 gün davam edəcək turnirdə 840 idmançının iştirakı gözlənilir. Bu il Çinin Nanjinq şəhərində keçiriləcək Olimpiadaya hər növdən neçə lisenziyanın verilməsinə isə İAAF hələ qərar verməyib.

 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək turnirdə 36 növ üzrə qaliblər müəyyənləşəcək. Bunlardan 18-i qızlar, 18-i oğlanlar arasında olacaq. 

0