“Shamkir Chess 2014”: Medallar Almaniyadan, kuboklar Türkiyədən - VİDEO
11.04.2014 - 12:57
“Shamkir Chess 2014”: Medallar Almaniyadan, kuboklar Türkiyədən - VİDEO

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə keçiriləcək “Shamkir Chess 2014” beynəlxalq turnirin rəsmi saytı artıq ictimaiyyətə təqdim olunub. Apasport.az xəbər verir ki, yarışla bağlı bütün xəbərləri www.shamkirchess.az və www.shamkirchess.com ünvanında izləmək mümkün olacaq.

Turnirin medalları Almaniyadan, kuboklar isə Türkiyədən sifariş edilib.

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan “Synergy Group”un təşkil etdiyi yarışın açılış mərasimi aprelin 19-da Şəmkirdə yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

0