Azərbaycan yığması dünya çempionatında ilk medalını qazandı
11.04.2014 - 17:23
Azərbaycan yığması dünya çempionatında ilk medalını qazandı

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən pauerliftinq üzrə dünya çempionatında Milli Paralimpiya komandası ilk medalını qazanıb. Milli Paralimpiya Komitəsindən Lent.az-a verilən məlumata görə, yığmamızın üzvü Elşən Hüseynov bürünc medala sahib olub.

 

107 kq çəki dərəcəsi kateqoriyasında çıxış edən pauerliftinqçimiz 230 kq çəkinin öhdəsindən gəlib.

0