“Bakı”nın bazasındakı biabırçılıq: Hakim-inspektorla AFFA nümayəndəsi cəzalana bilər
12.04.2014 - 17:16
“Bakı”nın bazasındakı biabırçılıq: Hakim-inspektorla AFFA nümayəndəsi cəzalana bilər

Topaz Premyer Liqasının XXX turunda keçirilən “Bakı” - “Xəzər Lənkəran” matçının (2:2) hakim-inspektoru Gülağa Cabbarov və AFFA nümayəndəsi Rauf Əmirov cəzalana bilər. Apasport.az saytının xəbərinə görə, buna səbəb isə “Bakı” klubunun rəsmisi İlham Əliyevin etdiyi qanunsuz hərəkətdir. Belə ki, Əliyev oyunun fasiləsində hakimlər otağına daxil olub və bu, qaydalara ziddi.

Bu, keçmiş hakim olan Əliyevin ilk “səhvi” deyil və əvvəllər də həmkarlarının otağına baş çəkib. O, komandasının “Sumqayıt”la görüşündə də eyni addımı atdığından AFFA tərəfindən xəbərdarlıq almışdı. Hətta bu fakta görə, həmin matçın hakim-inspektoru Rövşən Əhmədov təxminən 7 oyunluq cəzalandırılmışdı.

İntizam Komitəsi Əliyevin ikinci dəfə hakimlər otağına daxil olması faktını təsdiqləsə, onunla yanaşı, Cabbarovla Əmirovu ağır cəza gözləyir.

0