Qurban Qurbanov Zaqatalaya çempionluq üçün gedir
12.04.2014 - 19:29
Qurban Qurbanov Zaqatalaya çempionluq üçün gedir

Topaz Premyer Liqasının qalibi sona 5 tur qalmış müəyyənləşə bilər. Apasport.az saytının məlumatına görə, buna XXX turun nəticələri səbəb olub.

 

Finişə 6 tur qalmış “Qarabağ”ın ən yaxın izləyicisi ilə fərqi 13 xala çatıb. Ağdamlıların 67, “İnter”lə “Neftçi”nin hərəyə 54 xalı var.

 

Bu isə o deməkdir ki, “Qarabağ” artıq növbəti – XXXI turda çempion titulunu rəsmiləşdirə bilər. Qurban Qurbanovun yetirmələrinin 1-ci yeri vaxtından əvvəl təmin etməsi üçün digər oyunların da nəticələri önəmli olacaq.

 

Bunun üçün “Qarabağ” Qurbanovun böyüyüb boya-başa çatdığı Zaqatalada “Simurq”u məğlub etməli, “İnter”lə “Neftçi” xal qazanmamalıdır. “İnter”in “Bakı”ya məğlubiyyəti mümkün görünsə də, “Neftçi”nin “Sumqayıt”a uduzacağı inandırıcı deyil.

Hər iki Bakı klubu uduzarsa, Qurban Qurbanov və komandası Zaqataladakı qələbəylə çempion olacaq.

 

0