Vaqif Cavadov Rusiya klubuna keçə bilər
15.04.2014 - 08:01
Vaqif Cavadov Rusiya klubuna keçə bilər

Azərbaycan yığmasının və “İnter”in hücumçusu Vaqif Cavadov karyerasını yenidən Rusiyada davam etdirə bilər. Apasport.az xəbər verir ki, bu barədə qonşu ölkə mətbuatı məlumat yayıb. Rusiyalı həmkarlarımız Cavadovla “Rubin”, “Volqa” və “Krılya Sovetov” klublarının maraqlandığını iddia edir.


Qeyd edək ki, Cavadov 2011-2012-ci illərdə "Volqa"nın formasını geyinib. O, 2000-2007-ci illər ərzində isə Moskva MOİK-inin əvəzedici heyətində də çıxış edib.

0