Polis Araz Abdullayevi avtoxuliqanlığa görə saxladı
15.04.2014 - 14:08
Polis Araz Abdullayevi avtoxuliqanlığa görə saxladı

Deyəsən, Araz Abdullayev axırda cavanlığının badında gedəcək. Bir müddət öncə xoş olmayan avtoqəza hadisəsi ilə yadda qalan milli komandamızın və "Neftçi"nin gənc yarımmüdafiəçi bu dəfə də oxşar hərəkət edib.

 

Belə ki, bu gün səhər saatlarında Araz maşını idarə edərkən hansısa hərəkəti üzündən polislərin qəzəbinə tuş gəlib. YPX işçiləri Abdullayevi maşını ilə birlikdə cərimə meydançasına aparıblar. Futbolçunun hansı qaydanı pozduğunu dəqiq bilmirik. Amma polislər onu cərimə meydançasına aparmağı lazım bilibsə, deməli, tez-tez avtoxuliqanlıq edən bu futbolçu ilə bağlı konkret səbəb var.

 

futbolinfo.az 

0