Simeone: Arda belə bilmirdi…
15.04.2014 - 20:49
Simeone: Arda belə bilmirdi…

İspaniya La Liqasında liderliyini qoruyan “Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone “Onda Cero” radiosunun qonağı olub. Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis azarkeşləri maraqlandıran suallara cavab verib.

 

Simeone çempionatın bitməsinə 5 tur qalmış hər bir oyunun final olduğunu söyləyib: “Dieqo Simeone bu il mütləq ən yaxşı oyunçu adı uğrunda mübarizə aparacaq. “Çelsi”nin onunla müqavilə imzalamaq istəməsindən məmnunam. Məqsədim oyunçularımın daha yaxşı olmalarına kömək etməkdir. Daha varlı klublara getmələrində problem görmürəm. Komandaya ilk dəfə gələndə heç kim Arda Turanın müdafiəyə kömək üçün geriyə qayıdacağını bilmirdi. Heç Arda özü də bilmirdi. Onu bunu edə biləcəyinə inandırdıq. Mənə başqa klubdan təklif gəlsə nə olacaq? Gəlin oyunçularımdan danışaq. Mən “Atletiko”da xoşbəxtəm. Fernando Torresllə tez-tez mesajlaşırıq. Bizə uğurlar diləyir. Təbii ki, doğma klubuna geri dönmək istəyir”.

 

 

0