“Qalatasaray”a Bursada bilet şoku - [b]800 TL[/b]
15.04.2014 - 21:33
“Qalatasaray”a Bursada bilet şoku - [b]800 TL[/b]

 

“Qalatasaray” futbol klubu Türkiyə Kubokunun yarımfinalında “Bursaspor”la cavab matçında bilet şoku yaşayır. Apasport.az saytının məlumatına görə, İstanbul klubuna ayrılan yerlərin qiyməti həddən artıq baha satılır.

 

“Bursaspor” rəhbərliyi “Qalatasaray” üçün ayrılan sektordakı yerlərə 800 TL məbləğində fantastik qiymət təyin edib. Bu isə “aslanların” tərəfdarlarının matça getməsini qeyri-mümkün edir.

 

“Qalatasaray” rəhbərliyi bu cür şişirdilmiş qiymətə etiraz edərək, bunu bilərəkdən atılan addım kimi dəyərləndirib: “800 TL bəzi insanların bir aylıq məvacibi qədərdir. İnsanların məvacibi alaraq “Qalatasaray” – “Bursaspor” matçına getməsi, sonra isə bir ay müddətində pulsuz oturması mümkün deyil. “Bursaspor”un atdığı bu addımı onların “Qalatasaray”ın gücünü bilməsi və qarşıdan gələn oyundan qorxması kimi dəyərləndiririk”.

 

Qeyd edək ki, Türkiyə Kubokunun yarımfinal oyununun cavab görüşü aprelin 16-da keçiriləcək.

 

 

0