Dünyanın ən yüksək məvacibli klubları – SİYAHI
16.04.2014 - 00:55
Dünyanın ən yüksək məvacibli klubları – SİYAHI

Sporting Intelligence” portalı dünyanın ən yüksək məvacib verən klublarının siyahısını açıqlayıb. Apasort.az saytının məlumatına görə, İngiltərənin “Mançester Siti” futbol klubu artıq ikinci ildir dalbadal bu siyahıda liderdir.

 

2012-ci ildə İngiltərə çempionluğunu qazanan “Mançester Siti” klubu əsas komandaya hər il orta hesabla 5,3 milyon funt və ya həftədə 102,6 min funt ödəyir. İkinci yerdə “Nyu-York Yankis” beysbol komandasıdır (ildə 5,28 milyon funt və ya həftədə 101,6 min funt). İlk üçlükdə daha bir beysbol komandası – “Los-Anceles Docers”in adı var (ildə 5,1 milyon funt və ya həftədə 98,4 min funt).

 

Dünyanın 10 ən yüksək məvacibli komandası:

 

1. “Mançester Siti” (futbol)                     5,3

2. «Nyu-York Yankis» (beysbol)            5,28

3. “Los-Anceles Docers” (beysbol)         5,1

4. “Real” (futbol)                                   4,99

5. “Barselona” (futbol)                           4,9

6. “Bruklin Nets” (basketbol)                  4,48

7. “Bavariya” (futbol)                              4,4

8. “Mançester Yunayted” (futbol)            4,3

9. “Çikaqo Bulz” (basketbol)                  3,985

10. “Çelsi” (futbol)                                 3,984

 

 

0