Gündoğan müqaviləsini uzatdı
16.04.2014 - 01:43
Gündoğan müqaviləsini uzatdı

“Borussiya Dortmund”un türk əsilli futbolçusu İlkay Gündoğan komandası ilə müqaviləsini 2016-cı ilə qədər uzadıb. Apasport.az saytının məlumatına görə, Avropanın bir çox klublarının əldə etməyə çalışdığı yarımmüdafiəçi Dotrmundda qalmağa üstünlük verib.

 

Qeyd edək ki, bir müddət öncə “Barselona” İlkayın sağlıq durumunu öyrənmək üçün Almaniyaya həkim heyəti göndərmişdi. Kataloniya klubu yoxlamadan sonra Gündoğanın transferindən imtina edib.

 

İlkay Gündoğan “Borussiya” ilə müqaviləsini uzatdığı barədə xəbəri rəsmi səhifəsində yayıb.

 

 

0