"Neftçi" qələbəni əldən verdi, "Xəzər Lənkəran" darmadağın oldu
16.04.2014 - 19:51
"Neftçi" qələbəni əldən verdi, "Xəzər Lənkəran" darmadağın oldu

Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, iki Bakı və iki əyalət klubu final yolunda ilk addımlarını atıblar.

 

Yarımfinalın ilk oyunları çərçivəsində baş tutan matçlar fərqli saatlarda başlayıb. Əvvəl meydana əyalət klubları çıxıb. Ötən mövsümün finalçısı “Xəzər Lənkəran” səfərdə “Qəbələ”nin qonağı olub. Qeyd edək ki, Topaz Premyer Liqasında uğursuzluq zolağına düşən Yuri Syominin yetirmələri üçün avrokuboklara ən asan yol məhz kubokdan keçir. Mustafa Dənizlinin yetirmələri üçün isə bu turnir Avropa Liqasına vəsiqə baxımından son şansdır. Bu baxımdan, “Qəbələ”nin qismən işinin öhdəsindən gəldiyini söyləmək olar. Syominin yetirmələri rəqibin qapısından 3 cavabsız qol keçirərək final yolunda ciddi addım atıblar.

 

Ölkə kubokunun yarımfinalına yüksəlməklə sensasiyaya imza atan “Rəvan” paytaxt derbisində “Neftçi”nin qonağı olub. Ötən mövsüm “Qızıl dubl”a imza atan Böyükağa Hacıyevin yetirmələri cütün aşkar favoriti sayılır. Amma çempionatın autsayderi də möcüzə etmək arzusundadır. “Rəvan”ın rəqib meydanında bərabərliyə nail olması sensasiyanın davamı yolunda önəmli addım hesab edilə bilər.

 

Qeyd edək ki, cavab oyunları aprelin 24-də keçiriləcək.

 

 

 

Azərbaycan kuboku

Yarımfinal, ilk oyunlar

16 aprel (çərşənbə)

“Neftçi” – “Rəvan” - 1:1
Qollar: 
Araz Abdullayev, 52 - Tyaqo de Souza, 90+2
“Bakcell Arena” stadionu
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Zeynal Zeynalov, Fariz Yusifov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ramil Diniyev 

 

“Neftçi”: 1. Pavels Doroşevs, 2. Karlos Kardoso, 4. Tərlan Quliyev, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavio Aleks Valensio, 10. Cavid İmamverdiyev , 16. Bruno Bertuççi, 27. Məqsəd İsayev, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski, 8. Elşən Abdullayev, 21. Samir Məsimov, 23. Ruslan Qurbanov, 95. Elvin Bədəlov
Baş məşqçi: Böyükağa Hacıyev

“Rəvan”: 1. Lukaş Sapela, 4. Mitya Moreç, 8. Julio Sezar, 16. Orxan Lalayev, 18. Oke Akpoveta, 19. Hüseyn Axundov, 21. Novruz Məmmədov (k), 25. Ayaz Mehdiyev, 30. Cəmşid Məhərrəmov, 40. Mişel Balokoq, 41. Kamil Kopunek
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 7. Elvin Həsənəliyev, 10. Tyaqo de Souza, 14. Xuan Manuel Varea, 15. Dmitri Kruqlov, 17. Ramazan Abbasov, 20. Miloş Adamoviç
Baş məşqçi: Güvenc Kurtar

 

“Qəbələ” – “Xəzər Lənkəran” - 3:0 
Qollar: 
Nizami Hacıyev, 53; 72; Viktor Mendi, 59;
Qəbələ şəhər stadionu
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ömər Paşayev
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Elvin Əsgərov 

“Qəbələ”: 1. Kamran Ağayev (k), 6. Vladimir Levin, 7. Marat İzmaylov, 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 46. Davronjon Erqaşev

Ehtiyat oyunçular: 27. David Pietrzkeviç, 2. Rail Məlikov, 4. Amid Quluzadə, 19. Abdulvahid Afolabi, 22. Lourival Assis, 42. Leonardo da Silva, 45. Murad Musayev
Baş məşqçi: Yuri Syomin  

 

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 6. Rasim Ramaldanov, 8. Dejan Blajevski, 11. Zohair Benouahi, 14. Rahid Əmirquliyev (k), 18. Tural CəlilovŞ 20. Etame Mbilla, 23. Nikola QliqorovŞ 27. Adrian Skarlatake
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 4. Alvaro Silva, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 12. Junior Nildo, 30. Elias Ribeiro
Baş məşqçi: Mustafa Dənizli 


 

0