Katarjina Skovronska: Cəmi 1 qələbə lazımdır
16.04.2014 - 08:42
Katarjina Skovronska: Cəmi 1 qələbə lazımdır

“Çempionluğa doğru inamlı addım atmışıq. Qızıl medallara sahib olmaq üçün cəmi 1 qələbə lazımdır”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Katarjina Skovronska deyib.

 

Ulduz voleybolçu Azərbaycan Super Liqasının final mərhələsində “Azəryol”la oyunları şərh edib. O bildirib ki, ilk 2 oyunda 3:1 hesabı ilə qalib gəlmələri güclərinin göstəricisidir: “Hər 2 matçda yaxşı oynayaraq, qələbə qazandıq. Amma bu, kifayət deyil. Daha biri lazımdır. Gəlin bunu edək, qızlar”.

 

Qeyd edək ki, “Rabitə”nin “Azəryol”la üçüncü oyunu aprelin 18-da olacaq.

0