Etame qaçır, Sadio qovur
16.04.2014 - 09:07
Etame qaçır, Sadio qovur

Bu gün keçiriləcək Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları ərəfəsində turnirin bombardirləri siyahısına “Xəzər Lənkəran” futbolçuları başçılıq edir. Apasport.az saytının məlumatına görə, kamerunlu Etame Mbilla cari mövsüm kubokun ən yaxşı bombardiridir. Afrikalının hesabında 3 qol var.

 

“Qəbələ” ilə oyunlarda qol hesabını artırmaq imkanı olan Etamenin ən yaxın izləyicisi isə 2 qol vuran komanda yoldaşı Sadio Tounkaradır.

 

Digər oyunçuların kamerunluya çatması üçün isə ən azı dubl etməsi lazımdır. Çünki hesabında 2 qol olanların hamısı artıq bombardirlik mübarizəsindən kənar düşüb. Düzdür, Vüsal Qarayevin heyətində 2 dəfə fərqləndiyi “Rəvan” mübarizəni davam etdirir. Lakin hücumçunun özü artıq bu komandanın sıralarında deyil. Hərəyə 2 qol vuran daha 5 futbolçu - Aleksandr İaşvili, Asif Məmmədov (hər ikisi “İnter”), Reynaldo Silva (“Qarabağ”), Elvin Adışirinli (“Şuşa”), Rəşad Eyyubov (“Simurq”) üçün də kubok mövsümü başa çatıb.

 

0