Gülben Ergen Mübariz Mənsimovdan danışdı
16.04.2014 - 11:55
Gülben Ergen Mübariz Mənsimovdan danışdı

Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı biznesmen, “Palmali” Şirkətlər Qrupunun prezidenti, "Xəzər Lənkəran" futbol klubunun fəxri prezidenti Mübariz Mənsimov xərçəng xəstəliyindən əziyyət çəkən azyaşlı körpəyə yardım göstərib. Apasport.az saytının xəbərinə görə, bu barədə Türkiyənin məşhur müğənnisi, tv aparıcısı Gülben Ergen öz twitter hesabında yazıb.

 

Gülben Ergen ötən gün yerli “Show” kanalında aparıcısı olduğu “Gülben” proqramında Dəniz, Muhamməd və Tuana adlı 3 azyaşlı uşağın xərçəng xəstəliyinə yaxalandığını və onların müalicəsinin xaricdə mümkün olduğunu elan etmişdi. Aparıcı, həmçinin imkanlı şəxslərə müraciət edərək bu uşaqlara maddi yardım göstərilməsini xahiş etmişdi.

 

Bu gün isə “Gülben Show” adlı twitter səhifəsində Muhammədlə Dənizin müalicəyə göndərildiyini yazan Ergen bir müddət sonra həyəcanla Tuanaya da yardım edildiyini, bu yardımın Azərbaycanlı biznesmen Mübariz Mənsimov tərəfindən ödəndiyini elan edib (anspress).

 

0