Elxan Məmmədov yeni federasiya prezidenti ilə görüşdü - FOTO
16.04.2014 - 15:10
Elxan Məmmədov yeni federasiya prezidenti ilə görüşdü - FOTO

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Buxarestdə Rumıniya Futbol Federasiyasının yeni seçilmiş prezidenti Rezvan Burlyanu ilə görüşüb. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Rumıniyanın futbol sahəsində əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

 

Qeyd edilib ki, Bakı və Buxarest şəhərlərinin Avro-2020-nin oyunlarına ev sahibliyinə namizədliyi irəli sürülüb və bu istiqamətdə hər 2 ölkənin futbol qurumları tərəfindən ötən müddət ərzində görülmüş işlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Sonra Elxan Məmmədov Buxarest şəhərindəki 55 min azarkeş tutumuna malik olan Milli stadionla tanış olub.

 

0