Reynaldo “penta-trik” etdi
16.04.2014 - 16:20
Reynaldo “penta-trik” etdi

“Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo Silva mövsümdə 5-ci dəfə turun ən yaxşısı seçilib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXX turunda hamını qabaqlayan cənubi amerikalı bunadək 4 dəfə də eyni uğura imza atmışdı.

 

“İnStat” şirkətinin PFL-ə təqdim etdiyi statistik göstəricilərə əsasən müəyyənləşən nominasiyada “penta-trik” müəllifi olan Reynaldo II, XVI, XXIV və XXVIII turların da qəhrəmanı idi.

 

Reynaldonun 3 ən yaxın izləyicinin hərəsi isə 2 dəfə ən yaxşı seçilib. Bunlar braziliyalı Flavinyo (“Neftçi”) və millimizin üzvləri Vaqif Cavadovla (“İnter” ) Rauf Əliyevdir (“Bakı”).

 

Qeyd edək ki, digər 19 turda ən yaxşısı seçilənlərin hərəsi 1 dəfə bu ada layiq görülüb.

0