[b]Kolumbiya yığmasının üzvü “Araz”a keçə bilməməsinə aydınlıq gətirdi[/b]
16.04.2014 - 17:15
[b]Kolumbiya yığmasının üzvü “Araz”a keçə bilməməsinə aydınlıq gətirdi[/b]

“Mən dünən (bazar ertəsi – red.) Kolumbiyaya gəlmişəm. “Real” mənimlə əlaqə saxlayaraq təklif irəli sürdü. Onlarda olan istəyi gördüm, bu mənə təsir etdi və ona görə təkliflərini qəbul etdim”. Apasport.az saytının məlumatına görə, bunu Kolumbiya millisinin futzalçısı Anxelyot Karo deyib.

Kolumbiya yığmasının ən yaxşı oyunçusu sayılan Karo futzal üzrə UEFA Kubokunun “Dördlər finalı”na ev sahibliyi edəcək “Araz”ın transfer hədəfində olsa da, sonradan bu keçid baş tutmamışdı. Belədə o, karyerasını yarım illik vətənində - Bukaramanqa “Real”ında davam etdirəcək.

“Real”la ölkə çempionu olacağına inandığını bildirən Karo isə “Araz”a keçə bilməməsini belə əsaslandırıb: “Araz”la UEFA Kubokunda “Barselona”ya qarşı oynaya bilərdim. Ancaq müqavilə ilə məxsus olduğum BƏƏ-nin “Əl-Vəsl” klubuna görə keçidim alınmadı. “Real”da yarım mövsüm çıxış edəcəyəm. Çünki mən Küveytə getməliyəm. Bura isə Amerika qitəsinin klubları ilə qarşılaşmaq üçün gəlmişəm”.

Qeyd edək ki, Anxelyot Karo Kolumbiya və BƏƏ-dən başqa, Çexiya, Boliviya, İspaniya, İtaliya, Venesuela və Küveytdə çıxış edib.
 

0