Mustafa Dənizli “Xəzər Lənkəran”da “siftə”sini etdi
16.04.2014 - 17:30
Mustafa Dənizli “Xəzər Lənkəran”da “siftə”sini etdi

“Xəzər Lənkəran” cari mövsüm ərzində 4-cü dəfə 3 top fərqi ilə yenilgi alıb. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi sonuncu dəfə noyabrın 22-də bu hesabla yenilmişdi.

Onda uelsli baş məşqçi Con Toşakın komandası XIV turda “Bakı”ya 0:3 hesabı ilə uduzmuşdu. Mustafa Dənizli isə ilk dəfə ölkəmizdə böyük hesabla yenilməyin nə olduğunu Qəbələdə gördü.

Qeyd edək ki, bu gün “Qəbələ” ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda gözlənilmədən “Xəzər Lənkəran”ı 3:0 hesabı ilə yenməklə finala adını yazdırmaq yolunda çox böyük addım atıb.

Premyer Liqa
27.10.2013. Qarabağ (Ağdam) 0:3

Premyer Liqa
02.11.2013. Neftçi (Bakı) 1:4

Premyer Liqa
22.11.2013. Bakı 0:3

Azərbaycan kuboku
16.04.2014. Qəbələ 0:3

0