Azarkeşlər “Xəzər Lənkəran”ı fitə basdı, Dənizli onlardan səbirli olmağı istədi
16.04.2014 - 17:41
Azarkeşlər “Xəzər Lənkəran”ı fitə basdı, Dənizli onlardan səbirli olmağı istədi

“Xəzər Lənkəran”ın bu gün “Qəbələ”yə 0:3 hesabı ilə uduzması cənublu azarkeşləri özündən çıxarıb. Apasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, futbolçular avtobusa minəndə fit sədaları ilə qarşılaşıb.

Belədə Mustafa Dənizli məcbur olub azarkeşlərlə dialoqa girməyə cəhd edib. Təcrübəli mütəxəssis onlardan səbirli olmağı bildirib. Tərəfdarlar isə “nə qədər səbir etmək olar?” sualı ilə Dənizliyə müraciət edib.

Qeyd edək ki, bu, Mustafa Dənizlinin “Xəzər Lənkəran”ı çalışdırdığı vaxtda ilk böyükhesablı yenilgisidir.

0